Bu ölkələr tez bir zamanda NATO üzvü ola bilər – Stoltenberqbackend

Bu ölkələr tez bir zamanda NATO üzvü ola bilər - Stoltenberq

İsveç və Finlandiya NATO-nun müdafiə standartlarına uyğundur və müvafiq siyasi qərarları olduqda, onlar tez bir zamanda Alyansa üzv ola bilərlər.

KONKRET.az xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.

“İsveç və Finlandiya bizim yaxın tərəfdaşlarımızdır, biz birlikdə işləmişik, birgə təlimlər keçiririk. Onlar əksər sahələrdə NATO standartlarına cavab verirlər, yaxşı təşkil olunmuş, yaxşı idarə olunan təhlükəsizlik və müdafiə institutlarına malikdirlər. Yəni onların NATO-ya daxil olması çox tez baş verə bilər. Bunun üçün İsveç və Finlandiyanın, eləcə də NATO-nun otuz müttəfiqinin siyasi qərarı tələb olunur”, – Stoltenberq bildirib./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*