Bu ölkələr “UnionPay” kartlarının qəbulunu DAYANDIRDIbackend

Bu ölkələr "UnionPay" kartlarının qəbulunu DAYANDIRDI

Bəzi Avropa ölkələri Rusiya bankları tərəfindən buraxılan Çinin “UnionPay” kartlarını qəbul etməyi dayandırıb.

KONKRET.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.

Bildirilib ki, İspaniya, Çexiya və Kiprdə rusiyalı turistlər problemlərlə üzləşib.

Məlumata görə, Çexiyada “KB Bank”, İspaniyada “Euronet”, “Kutxabank”, “ING” və Kiprdəki “JCC” şəbəkə bankomatları “UnionPay” kartlarını qəbul etmir. Digər Çex bankı “Ceska Sporitelna” isə hazırda Rusiya bank kartlarını qəbul edir.

Bildirilib ki, bu kartların Bolqarıstanda da istifadəsi dayandırıla bilər.

Bundan əlavə, oktyabrın 3-dən Finlandiyada bankomatlar “UnionPay” kartlarına xidmət göstərməyi dayandırıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*