İranın İsrail ərazisinə PUA-larla hücumlarından dolayı İraq ölkə ərazisində hava məkanını tamamilə qapadıb.
KONKRET.az xəbər verir ki, bu barədə İraqın Nəqliyyat Nazirliyi məlumat yayıb.
İraqla yanaşı, Misir, Livan və Küveyt də regionda yaranmış təhlükəli vəziyyətlə əlaqədar hava məkanını qapadıb.