Banqladeşdə tələbələrin etirazları səngimir – VİDEObackend

Banqladeşdə tələbələrin etirazları səngimir - VİDEO

Banqladeş polisi Dəkkədə iğtişaşlar zamanı həqiqi güllələrdən istifadə edib. 

KONKRET.az xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.

“Banqladeş polisi paytaxt Dəkkədə nümayişçilərə həqiqi güllə atıb”, – agentliyik qeyd edib.

Tətbiq edilən komendant saatına baxmayaraq minlərlə insan nümayiş keçirir. Xatırladaq ki, iyulun 1-də Banqladeşdə tələbə etirazları başlayıb. Əvvəlcə dinc keçirilən etiraz iğtişaşlara və polislə toqquşmaya çevrilib.

Narazılığa səbəb gənclər arasında işsizliyin 40%-ə çatması fonunda ölkənin Ali Məhkəməsinin dövlət müəssisələrində iş yerlərinin 30%-nin 1971-ci il müharibəsi iştirakçılarının qohumlarına ayrılan kvotalar müəyyən etməsidir.

Daha sonra, davam edən iğtişaşlar fonunda ölkə interneti məhdudlaşdırılıb, komendant saatı tətbiq edilib və ordu yerləşdirilib. Etirazlar fonunda 105 nəfər həyatını itirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*