Bu ölkənin bankomatları rus dilində fəaliyyətini dayandıracaqbackend

Bu ölkənin bankomatları rus dilində fəaliyyətini dayandıracaq

Latviya kommersiya banklarının bankomatları rus dilində fəaliyyətini dayandıracaq.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumat Latviya parlamentində kredit təşkilatları haqqında qanuna dəyişiklik təklifində öz əksini tapıb.

Bildirilib ki, təklif büdcə və maliyyə komitəsi tərəfindən yekun oxunuşda təsdiqlənib.

“Bankomatda müştəri interfeysi latış dilində təqdim olunsun, əlavə olaraq qurğular Avropa İttifaqı (Aİ) və İqtisadi Təşkilatın üzv dövlətlərinin və ya namizəd ölkələrinin rəsmi dillərində quraşdırıla bilər”, – qanunda qeyd olunub.

Bu dəyişikliklər 30 yanvar 2025-ci il tarixindən qüvvəyə minəcək.

Aygün,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*