Bu ölkənin Şengen zonasına üzvlüyü TƏSDİQLƏNDİbackend

Bu ölkənin Şengen zonasına üzvlüyü TƏSDİQLƏNDİ

Avropa İttifaqının (Aİ) hökumət başçıları Xorvatiyanın Şengenə daxil olmasını təsdiqləyib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel mətbuat konfransında deyib:

“Biz Xorvatiyanın Şengen zonasına qoşulmasını təsdiqlədik. Ümid edirik ki, Bolqarıstan və Rumıniya 2023-cü ildə Şengenə qoşulacaq”.

Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen bildirib ki, AK Bolqarıstan və Rumıniyanın ən qısa zamanda Şengenə qoşulması üçün əlindən gələni edəcək.

Qeyd edək ki, Aİ-nin Daxili İşlər və Ədliyyə Şurasının dekabrın 8-də Brüsseldə keçirilən iclasında Xorvatiyanın Şengen zonasına qoşulması təsdiqlənib. Bolqarıstan və Rumıniyanın müraciətləri isə Avstriya və Niderland tərəfindən rədd edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*