Bu ölkənin XİN rəhbəri vəzifəsindən azad edildibackend

Bu ölkənin XİN rəhbəri vəzifəsindən azad edildi

Özbəkistanın xarici işlər naziri Vladimir Norov vəzifəsindən azad edilib.

KONKRET.az Özbəkistanın “Gazeta” portalına istinadən xəbər verir ki, ölkə Prezidenti Şavkat Mirziyoyev bununla bağlı fərman imzalayıb.

Mirziyoyevin digər fərmanına əsasən, daha əvvəl təhsil naziri olan Bəxtiyar Saidov müvəqqəti olaraq XİN rəhbərinin səlahiyyətlərini icra edəcək.

Qeyd edək ki, Vladimir Norov cari ilin aprel ayından Özbəkistanın XİN rəhbəri olaraq çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*