Bu ölkəyə də “Bayraktar” SATILIRbackend

Bu ölkəyə də "Bayraktar" SATILIR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən nigerli həmkarı Məhəmməd Bazum ilə telefon danışığı aparıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi yazıb.

Ərdoğan Nigerin Türkiyədən “Bayraktar TB2” pilotsuz uçuş aparatları, “Hürkuş” təlim təyyarələri və müxtəlif zirehli maşınlar alacağını bildirib.

O, bu silahların Niger ordusu və təhlükəsizlik qüvvələrinin imkanlarını artıracağını bildirib.

Türkiyənin “Baykar Makina” şirkəti tərəfindən istehsal edilən “Baykratar TB2” PUA-ları əsasən qurudakı hədəflərə ağıllı raketlərlə zərbə endirmək üçün nəzərdə tutulub. PUA-lar Liviya və Suriyada Türkiyə tərəfindən, Qarabağda Azərbaycan tərəfindən düşmənə qarşı uğurla istifadə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*