“Bu, Paşinyanın intiharına səbəb ola bilər” – Ermənistanın ilk prezidentibackend

“Bu, Paşinyanın intiharına səbəb ola bilər” - Ermənistanın ilk prezidenti

“Ermənistanın Qarabağ məsələsində müttəfiqi yoxdur”.

KONKRET.az “Armenian News”a istinadla xəbər verir ki, bunu Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan bildirib.

“Erməni Milli Konqresi” partiyasından (EMK) Ermənistanın baş naziri vəzifəsinə namizədin sözlərinə görə, bu barədə təxminən 25 il əvvəl danışıb. “Tariximizdən dərs almaq istəmirik. Eyni səhvləri təkrarlasaq, ən çox rədd edilmiş dövlətlərdən biri olacağıq və məsələn, Yəmən və ya Somali kimi”.

Ter-Petrosyan əlavə edib: “Nikol Paşinyana sadəcə yazığım gəldiyindən mübahisədən imtina etdim. Çünki bu, Paşinyanın intiharına səbəb ola bilər”.

EMK liderinin fikrincə, Paşinyanın özü bunu 2009-cu ildə deyib: “İlk prezident həmişə haqlıdır.”

Levon Ter-Petrosyan vurğulayıb ki, vaxtında Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Köçəryan və Serj Sarkisyan onun hərəkət etmək təklifini qəbul edərdisə, hakimiyyətin dinc istefasına nail olmaq və normal böhran hökuməti qurmaq mümkün olardı. “Bu vəziyyətdə Nikol Paşinyan gedərdi, texnokratik hökumət qurulardı. Ancaq Köçəryan və Serj Sarkisyan bu təklifi rədd etdilər. Amansız döyüş olacaq, ola bilsin ki hətta vətəndaş müharibəsi. Hər iki tərəfdə də minlərlə pozuntu olacaq, idarəolunmaz hala gələcək hadisələr baş verəcək”.

Birinci prezidentin qiymətləndirməsinə görə, müharibədəki ən ağır məğlubiyyətdən sonra tərəflər ölkəni daha dərin bir uçuruma aparırlar. Yenisabah.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*