“Bu problem həll olunsa, mövqeyimiz güclənəcək” – Ekspertbackend

"Bu problem həll olunsa, mövqeyimiz güclənəcək" - Ekspert

“Sanksiyalardan, ədalətsizliklərdən danışdıq. Elə görünür ki, biz müdafiə mövqeyindəyik”.

KONKRET.az xəbər verir ki, bunu siyasi ekspert Samir Hümbətov deyib.

O bildirib ki, bu istiqamətdə yeni konsepsiya hazırlanmalıdır:

“Ümumilikdə, media resurslar, beyin mərkəzləri işə düşməlidir. Tədbirimizi bir çox ölkənin mediası işıqlandırmalıdır. Niyə Ermənistan beynəlxalq media olur, bizdə yox? Cəlb edə bilmiriksə, müxtəlif vasitələrlə öz tezislərimizi çatdırmalıyıq. Düşünürəm ki, lobbi və diaspora təşkilatları ilə məsələləri yenidən nəzərdən keçirməliyik. Bu gün dünyanın ən aparıcı universitetlərində bir erməni üzvü var. Bizim neçə üzvümüz var? Azərbaycan dövləti onların fəaliyyətlərini koordinasiya edə bilirmi? Bu məsələlərə diqqət yetirmək lazımdır. Hesab edirəm ki, sözügedən problemlərlər həll olunsa, mövqeyimiz güclənər”.

Məlik,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*