Bu proqramları dərhal silin, yoxsa məlumatlarınız ələ keçiriləcəkbackend

Bu proqramları dərhal silin, yoxsa məlumatlarınız ələ keçiriləcək

Dünyanın ən populyar internet brauzeri olan “Google Chrome”un 16 əlavəsində zərərli “extension” aşkar edilib.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, bu təhlükəsizlik boşluğundan 3,2 milyondan çox istifadəçi təsirlənib.

GitLab Threat Intelligence qrupunun araşdırmasına görə bu zərərli əlavələr istifadəçilərin brauzerlərində boşluqlar yaradır və reklam fırıldaqçılığı, eləcə də axtarış sistemi manipulyasiyası kimi fəaliyyətlər üçün istifadə olunurdu. Mütəxəssislər bildirir ki, əlavələr əvvəlcə təhlükəsiz olub, lakin sonradan hakerlər tərəfindən ələ keçirilərək zərərli yeniləmələrə məruz qalıb.

Zərərli kodlar vasitəsilə şəxsi məlumatların oğurlandığı, istifadəçilərin aldadıcı vebsaytlara yönləndirildiyi və leqal reklamların dəyişdirildiyi müəyyən edilib.

Bu əlavələri dərhal silin:

Adblocker for Chrome
Adblock for You
NoAds
Nimble Capture
KProxy
Page Refresh
Wistia Video Downloader
WAToolKit
Blipshot
Emojis (Emoji Klavyesi)
Color Changer For YouTube
Video Effects for YouTube and Audio Enhancer
Themes for Chrome and YouTube Picture in Picture
Mike Adblock für Chrome
Super Dark Mode
Emoji Keyboard Emojis for Chrome

Google artıq bu zərərli əlavələri Chrome Web Mağazasından silib. Ancaq əgər daha əvvəl bu əlavələrdən birini yükləmisinizsə, onu manual şəkildə silməyiniz və cihazınızı virus yoxlamasından keçirməyiniz tövsiyə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*