“Bu PUA-ya dünyanın hər yerindən tələbat var” – Bayraqdarbackend

"Bu PUA-ya dünyanın hər yerindən tələbat var" - Bayraqdar

“Türkiyə istehsalı PUA-lar bütün dünyanın diqqət mərkəzindədir”.

KONKRET.az TurkicWorld-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar məlumat verib.

“Hazırda “Bayraqdar AKINCI” PUA-ya ciddi tələbat var. “Qızılalma” hələ inkişaf mərhələsində olsa da, dünyanın hər yerindən tələb var. “Bayraqdar TB2” dünyada ən yaxın rəqibindən beş dəfə daha çox tanınır. “Bayraqdar TB2” indiyə qədər 32 ölkəyə ixrac edilib”, – o qeyd edib.

S.Bayraqdar onu da vurğulayıb ki, süni intellektdən sağlamlıqda innovasiyaya qədər texnologiyanın bütün sivil sahələrində dünyaya iz qoyacaq türk layihələri olacaq.

Qeyd edək ki, 27 sentyabr-1 oktyabr tarixlərində İzmirdə TEKNOFEST festivalı keçirilir. Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*