Bu qadın Türkiyə prezidenti olmaq istəyir – İddia müzakirə yaratdıbackend

Bu qadın Türkiyə prezidenti olmaq istəyir – İddia müzakirə yaratdı

Türkiyənin müxalifətdə olan Xalqların Demokratik Partiyasının (HDP) keçmiş lideri Səlahəddin Dəmirtaşın xanımı Başak Dəmirtaş prezident seçkisində iştirak etməyə hazırlaşır.

KONKRET.az xəbər verir ki, bu iddia ilə “Hüriyyət” qəzetinin köşə yazarı Ahmet Hakan çıxış edib.

“HDP-dən prezidentliyə mümkün namizəd Başak Dəmirtaşdır”, – köşə yazarı qeyd edib.

O, Başak Demirtaşın müxalif Cümhuriyyət Xalq Partiyasına (CHP) bağlı T24 telekanalına qonaq qismində çağrılmasının təsadüfi olmadığını deyib: “Başak Dəmirtaş məşhur müxalifət kanalında qonaq olaraq dəvət edildi. Nə baş verir?”

Ahmet Hakanın Başak Dəmirtaşla bağlı irəli sürdüyü iddia müzakirə mövzusuna çevrilib.

Türkiyədə prezident seçkisi 2023-cü ildə keçiriləcək. Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*