
Bu gün Milli Məclisdə deputat Qüdrət Həsənquliyev əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayeylə bağlı layiqli fikirlər səsləndirib.
Bəli. Sahil Babayev nazir təyin olunandan sonra ən yaxşı işi qotur danaları kasıb camaata sırımaq oldu. Ayaqüstə qırxı çıxan inəkləri kəl qiymətinə “aformut” edən nazir və onun yaxın ətrafı ilə bağlı bu cür adekvat fikirlərin Milli Məclisdə səslənəcəyi şübhəsiz idi. Heç kim ağız-burun büzməsin. Mən Sahil Babayevin ən sevimli nazirlərdən sayıldığı vaxtlarda da sözümü deyib, yazımı yazmışam. Biz gənclərin önünün açılmasının tərəfdarı olmuşuq. Ümid edirdik ki, bütün gənclər bizim kimi xalq, dövlət maraqlarını üstün tutur və səlahiyyət sahibi olanda camaata gün ağlayacaqlar. Ancaq Sahil Babayev və gənclərdən ibarət komandası bizə qısa müddətdən yanıldığımızı xatırlatdı. Hətta sələfi Səlim Müslümova rəhmət oxutduran addımları da oldu. Heç olmasa, Səlim Müslümov “çörək verən adam” idi, amma gənc nazir işıq gələn yerə barmaq tıxamaqla ad çıxardı. Nə isə, sözümün canı başqadır.
Karantin dönəmi Sahil Babayevi xalqın gözündə “günah keçisi” elədi. Xalq haqlı idi. Ölkə başçısı insanların sosial vəziyyətinin yaxşılaşdırılması siyasətini ona tapşırmışdı. Amma Sahil Babayev ağır dönəmdə Prezidentin etimadını doğrultmadı, xalqın gözündən də düşdü. Zatən bir dəyərdə deyildi, olan-qalan imici sıfırın altına düşdü. Mənə görə xalq hər zaman haqlıdır.
Bəli, 190 manatlıq müavinətin təyinatı olduqca ağır proses idi. Təsəvvür edin ki, yüz minlik maşını, 50 evi olan adam da müraciət edir. Bəs o müraciətləri kimlər araşdırdı, kimlər əziyyət çəkdi? Təbii ki, yüzlərlə sıravi işçi. Bu yük Məşğulluq Mərkəzlərindəki kasıb camaatın balalarından ibarət işçilərin boynuna düşmüşdü. Bildiyim qədəriylə həmin ərəfədə gün ərzində 14-15 saat belə işləmək zorunda qalmışdılar. Minlərlə insanın problemini dinlə, ah naləsini eşit, axırda da…
Əldə etdiyim məlumata görə , Sahil Babayev 190 manat prosesində əziyyəti olan onlarla sıravi işçinin əziyyətini yüksək “qiymətləndirib”. Elə təkcə Bakıdakı Məşğulluq Mərkəzlərində çalışan yüzə yaxın işçıni ixtisar adı ilə işsiz qoyub. Özü də karantin dövründə. Halbuki Prezident İlham Əliyevin “heç kimi işdən çıxarmayın” mesajına rəğmən. Belə görünür ki, Sahil Babayev birbaşa vəzifəsi olan sosial siyasətin əleyhinə gedir. Bu, bir tərəfə, axı o işçilər son iki ayda bir ilin işini görüb, əziyyətini çəkiblər. Bu qədər ədalətsizlik olmaz axı.
Azərbaycanda ədalət tərəzisi illərdir ki, yaxşı işləmir. Amma bir məqamı unutmayaq. Bizdə tərəzi illərlə yaxşı işləməsə də, qəflətən öz ədalətini göstərir. İnanıram ki, Sahil Babayevin də ədalət tərəzisinin bir gözünə qoyulacağı gün uzaqda deyil. O zaman yoldaş Babayevin nazir kimi gördükləri ortaya çıxacaq. Tələsməyin…
KONKRET.az
Yaxsi olardi ki naziri tehqir etmeyesiniz 600 min insana 190 man verildi de ne isteyirsiniz bu nazirden?
Sahil Babayevden nazir kimi cox raziyiq. Kas butun nazirlərimiz insanlarin halina onun kimi yana
Emma xanımı deyim, bəymi deyim yoxsa səni təhqirmi edim. Ya da ki qaşıntın var söyülməsən rahat yuxuya gedə bilmərsən. Azərbaycan nüfuzu 10 milliyonun üsyündədir.sizin kimi adi, şərəfsiz, yalğ, insaların ücbatından şərəfli insanlar əziyyət çəkir. Tfuu haram olsun sənə
Sahil Babayev 190 manat yardım proseslerinde cox edaletsiz qerarlar verdi arastiralaraq verilseydi Fahir kasib kütle insanlar bu qeder şikayet etmezdiler alanların coxu ehtiyaci olmayan gelir yeri olan qacaqcalisan insanlar idi ona göre Sahil Babayev işden azad edilmelidir korrupsiyanin başında gelenlerden biri de odur kasibin haqqi harami olsun
190 manatı dövlət büccəsinnən prezident ayırxı, heç kim cibinnən ödəmədi. Bir çox adam ala bilmədi, həyat yoldaşı olmadığı halda mesaj gəldiki yoldaşınız pensiya alır.
Başına dəysin onun
190 manatş alanlarin hamısı kasıb tebeqe deyidi. Sexsen me e ne mesac gelmedi. Ne deki pul vermediler.
Kime verildi insalar taniyiram hec yerde adi olmayib hazirda cetin veziyyetde yasayir ona allahin 1 manatinida vermeyibler sexsen men utaniram bizim mileti bele gorende yeqin sen almisan ona gore bele deyirsen yada sende onlarin kamandasindansan
Bəs Nazirlər Kabinetinin müvafiq qərarı ilə nə qədər insana verilməli idi və niyə verilmədi, niyə bu günə kimi elektron poçtlarına yazılan şikayətlərə cavab verilmədi?-bunların cavabını kim verəcək???
Mende issizem ve qeydiyyatdan kecmisem.aprel ayi 190manati aldim may ayi ise vermediler.sebebde gostermediler.hetta prezidentin saytinada sikayet yazmisam ve umud ediremki prezidentim qerar cixardacaq.
Man işşiz adamam niya 190 manat verilmədi dedilər ki voen aciqdir əgər man işləmirəmsə
MEN HEC KIMDEN RAZI DETILEM.BU OLKENI IDARE EDENLERDEN.Neyimiz yolunda gedir ki ?is yox ev yox neyi deyim ,hansini deyim.
Sahil Babayevdən narazıyam bir vətəndaş kimi. Onlarla müraciət, şikayət, ərizə yazılsada heç birinə doğru dürüst cavab gəlmir. Gəncə 21 saylı əmək müfəttişliyinin rəisi Ayaz Rəhimov və müfəttiş Natiq Bayramov burda at oynadırlar, rüşvət alırlar, qeyri qanuni işlərlə məşquldurlar. Sahil Babayev ölçü götürün, biz vətəndaşlar öz haqqımızı tələb edirik, məmurlar kimi cibə girib qan içmirik.
Nə yoldaşıma nə mənə haqqımız olduğu halda 190 manatı vermədilər. 2 ay evdə oturduq. Düzgün araşdırılsaydı qanunu düşürdü bizə. 142 yığmaqdan yorulduq baxan olmadı.
Sahil Babayev heç yaxşı işləmir…belede.. gözdən pərdə asır…mende 190 aldim nə olsun neye çatdiki 4 nəfərə bölənde… 5den 2sini məsələsi…sosialı ala bilmirik guya imkansıza yardım edirlər…deyir ged dövlət işində işlə vergi ver yada özelde işlə dövlətə vergi ver mende sosial verim…ay camaat belə müsibət olar…menim və çoxunun yoldaşını heç kim qeydiyyatnan işə götürmür axi…müdür deyir bu gün işdə sabah baxarıq olsa çağiraram gələrsən…kafe restoran haçansa müqavilə bağlayıb işçınən indi baqlayacaqki.. qaragün camaat haçan sosial kömək alacaq.. sosial kim alır maaşı daim alan ..maşını evi başqasının adına olan?! … heç nəyi olmayan köməyə ehtiyacı olan muzdla işləyən …qeydiyyatsiz canı çıxıb işləyib hambal kimi evə axırda 1 qarin çörək pulunu gücnen aparan nə əmək müqaviləsi baqlıyanı var..ne sosial yardım verəni var dəstək olmur dövlətin bu sosial Yardimçısı…ama müharibə olsa xalqın acından ölən ya ölmiyeni hamısını basacaqlar döyüşün.. nə verdiz ay sosial…heç uşaqmın çörəyin nə də müalicəsini etməyə köməyi qiymirsan amma müharibə olsa axtaracaqsane qapı qapı
Men ne ala bilmedim nede bole bilmedim ALLAHDAN BASQA EDALET SAHIBI YOXDUR.MEN ONA HEVALE EDIREM IKI BALAMIN CEKDIYI EZIYYETE GORE BIZI BU GUNE QOYANLARIN HAMSIN.
Allah bəlasını versin kasıbın puluna göz dikənin 190manata da göz dikdilər təəssüf
Allah bəlasını versin kasıbın çörəynə göz dikənlərin,190manata da göz dikdilər təəssüf
190 manat məni kimi işsizlərə verilməlidir. Neçə illərdir bu devlətin məmurlarına yalvarmaqdan abırımız getdi. Kim necə düşünürsə eləcə də cavab verir. Qanun qayda qalıb qanun kitablarının arasında. Sizdən tələb edirəm mənə dövlət tərəfindən yardım olunsun. 54 yaşım var mən hələ valideyinlərimin pensiyası ulə yaşayıram.
Məndə heçnə demirəm sadəcə bir kəlmə deyəcəm nokdəsidə burda bitəcək Allah boyukdu Allah hər şeyə qadirdi sadəcə bidene bu vəzifələrdə olanlar məmurlar nazirlər bunu bilinki sizində axiriniz gələcək obiri dünyada cavab verəssiz Allahsizliq elədiyinizə görə nankorluq elədiyinizə görə şərəfsizlik elədiyinizə görə Cənab İlham Əliyev bizim ölkə başçımız hər zaman bu məmurlara nazirlərə xatirladirki sosiali verin yardım edin sizlərdə bu kasıbların haqqını balalariniza 150 200minnik maşın alıb atirsiz altına heçnə demirəm mənim çəkdiyim zulumu siz cəkəsiz mənim uşağım çəkdiyi zulumu əzyəti sizin uşaqlarınız çəksin bir soznən biz gördüyümüz günnən sizdə görün amin 190m gozuvuzə girsin
190 manatla bağlı çox ədalətsizlik etdilər, ailəmdə heç kim işləmirdi, adımıza nə ev nədə torpaq var ancaq pul ala bilmədik, halbuki adına ev maşın, torpaq olan qonşularımız var onlara düşdü, indi hamı olmayan ədalətdən danışır.
Sahil Babayev və ķomandası 1 qara qəpiklik işləmiŕ. İşsiz olduğum halda nə sms nə də 190 gəlmədi.prezidentədə müraciət etdim xeyri olmadı.haqsızlıq baş alıb getdi
Hiç amma hiç razi deyirim çünkü iki çocukla sosiyal yardima kac defa muraciyet etdim min turlu behane getirdiler amma arabasi vilasi olanlar aliyor yardim.
Qardas sahilin gunahi deyil Sahil millete baxandir?