Turizm Agentliyinin iki əməkdaşının işdən ayrılma səbəbi məlum oldu – YENİLƏNİBbackend

Turizm Agentliyinin iki əməkdaşının işdən ayrılma səbəbi məlum oldu - YENİLƏNİB

Dövlət Turizm Agentliyi qurumun iki əməkdaşının öz ərizələri əsasında işdən azad olunmaları ilə əlaqədar yayımlanmış məlumata aydınlıq gətirib.

KONKRET.az xəbər verir ki, agentlikdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Agentliyin Beynəlxalq əlaqələr şöbəsinin Beynəlxalq təşkilatlarla iş və protokol sektorunun müdiri Kənan Əliyev, eləcə də xarici ölkələrlə əməkdaşlıq sektorunun müdiri Cavid Abdullayev müxtəlif vaxtlarda vəzifələrindən ayrılıblar:

“Bu gün Agentliyin rəsmi veb-saytının “Struktur” bölməsində müvafiq dəyişikliklər edilməsi səbəbilə yerli kütləvi informasiya vasitələri bunu vahid xəbər kimi və ya başqa formalarda dərc ediblər. Agentliyin sabiq əməkdaşı Cavid Abdullayev İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) rəqəmsal iqtisadiyyat şöbəsinə müdir təyin edilib. Digər keçmiş əməkdaş Kənan Əliyev isə BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş ofisinə Dövlət Turizm Agentliyinin xətti ilə işləməyə göndərilib”.

 

18:07

Dövlət Turizm Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin Beynəlxalq təşkilatlarla iş və protokol sektorunun müdiri Kənan Əliyev, eləcə də xarici ölkələrlə əməkdaşlıq sektorunun müdiri Cavid Abdullayev işdən çıxıblar.

KONKRET.az xəbər verir ki, bu barədə Agentlikdən bildirilib.

Məlumata görə, hələ ki, onların yerinə təyinat olmayıb.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*