Bu rayonda içməli suyun verilməsində problemlər yarandıbackend

Bu rayonda içməli suyun verilməsində problemlər yarandı

Göygöl şəhərinin bəzi hissələrində içməli suyun verilməsində problemlər yaranıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Report”a bir qrup şəhər sakini məlumat verib.

Onların sözlərinə görə, bir neçə gündür içməli suyun verilişi dayandırılıb. Sakinlər buna görə də su maşınları vasitəsilə gətirilən içməli sudan istifadə etməyə məcbur olublar.

Məsələ ilə bağlı Göygöl Rayon İcra Hakimiyyətindən bildirilib ki, problemə şəhərə gələn su xəttinin Toğanalı kəndi ərazisindən keçən d-450 mm plastik magistral hissəsində yaranmış fəsad səbəb olub:

“Hazırda Göygöl Rayon Sukanal İdarəsi tərəfindən növbəli şəkildə, gecə və gündüz boruda təmir işləri davam etdirilir. Yaxın zamanda fəsad aradan qaldırılacaq və şəhər içməli su ilə təmin olunacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*