Bu restorandakı qiymətlər ŞOK ETDİ – FOTObackend

Bu restorandakı qiymətlər ŞOK ETDİ - FOTO

Son günlər Azərbaycanda fəaliyyət göstərən bəzi restoranlarda qiymətlərin həddən artıq şişirdildiyinə dair paylaşımlara rast gəlirik. Bu restoranlarda əyləşən şəxslərin sonradan gələn hesabı sosial şəbəkələrdə paylaşması cəmiyyətdə birmənalı qarşılanmır və müzakirələrə yol açır. İnsanlar qiymətlərin tənzimlənməsinin vacibliyi haqda fikir səsləndirirlər.

KONKRET.az xəbər verir ki, növbəti rekord hesab paytaxtda yerləşən “Boulevard 1909” restoranında qeydə alınıb.

Sosial şəbəkədə paylaşılan çekdə bir şiş toyuq 14, tikə 22, quzu basdırma isə 24 manata müştəriyə təqdim olunub. Menyudakı digər qiymətlər də, sözün əsl mənasında “dodaq uçuqladıb”. Sosial şəbəkə istifadəçiləri ironiya ilə bu restoranda istifadə edilən ətin “qızıl”dan olduğunu yazıblar.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*