“Bu, Rusiya üçün təhlükədir” – Peskov SƏRT DANIŞDIbackend

"Bu, Rusiya üçün təhlükədir" - Peskov SƏRT DANIŞDI

“Ukrayna NATO-ya daxil edilməməlidir. Bu, Rusiyanın milli maraqlarına təhlükə yarada bilər”.

KONKRET.az xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov.

Rusiyanın aprelin 19-u saat 18:00-dan aprelin 21-i saat 00:00-dək Ukraynada atəşkəs elan etdiyini xatırladan Peskov bu qərarın Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə alındığını bildirib.

Peskov Ukraynanın atəşkəs prosesinə əməl etmədiyini deyib.

“Ukraynanın NATO-ya üzvlüyü və NATO ilə inteqrasiya imkanı olmamalıdır. Bu, Rusiyanın milli maraqları üçün təhlükə yarada bilər. Böhranın əsas səbəblərindən biri də budur”-deyə Peskov əlavə edib.

Peskov Vaşinqtonun Ukraynanın NATO-ya üzvlüyünün qeyri-mümkün olduğuna dair açıqlamalarını alqışlayıb.

“Bu, bizim mövqeyimizə uyğundur”-deyə Kremlin sözçüsü bildirib.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*