“Bu satqınlar Ermənistanı satışa çıxarıblar”.
KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bunu erməni aktyor Artur Mikaelyan öz Facebook səhifəsində yazıb. O, general Qaqik Melkonyanın “Türkiyənin nə istəyir, biz də onu təklif etməliyik” fikrinə münasibət bildirib. Mikaelyan Melkonyanı satqın adlandırıb.
“Bu satqınlar Ermənistanı satışa çıxarıblar. Ən acınacaqlısı isə odur ki, alıcılar Türkiyə və Azərbaycandır. Onda 1915-ci il soyqırımını necə baş verdi deməyin.
Bax belə… Mən tam məsuliyyətlə deyirəm ki, Nikol və onunla əlaqəli və ideya ilə bağlı olan bütün insanlar satqındırlar”, – Artur Mikaelyan yazıb.
Xuraman Etibarlı,
KONKRET.az