Smart-kart tipli sayğaclar istehsalatdan mütləq çıxacaq.
KONKRET.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyev deyib.
O bildirib ki, bütün dünyada smart-kart tipli sayğaclar artıq istehsalatdan çıxır və “Azəriqaz” da artıq bu sayğacların alınmasını qismən dayandırıb:
“Növbəti ildə 60 minə yaxın belə sayğacın alınmasını həyata keçirəcəyik. Yəqin ki, bu bizim son müqaviləmiz olar. Artıq Avropada bu sayğaclar ümumiyyətlə istehsal olunmur və istismardan yığışdırılır”.
Nə oldu ?? Bir vaxtlar bu sayğacları bəh-bəhlə tərifləyirdiniz.