“Bakı Metropolitenindən istifadə edən sərnişinlərin sayında hazırda kəskin azalma yoxdur. Müvəqqəti azalmalar yalnız təmir işləri ilə əlaqədar ola bilər və bu səbəbdən metropoliten sərnişinlərinin sayını taksi ilə müqayisə etmək düzgün deyil”.
KONKRET.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.
O, bildirib ki, Bakı şəhərində taksi həmişə yüksək tələbatlıdır və bu tələbat daim qalacaq:
“Metrodan istifadə edənlərin sayı isə çox böyükdür və xüsusi təşviqat kampaniyalarına ehtiyac yoxdur. Hazırda yeni depolar və stansiyalar tikilir, bu yenidənqurma işlərindən sonra metro daha keyfiyyətli xidmət göstərəcək və qatarlar arasındakı intervallar azalacaq”.
