ABŞ Yəməndəki “Əl-Qaidə” terror təşkilatının liderlərindən biri olan Əbu Əymən əl-Misri kimi tanınan İsam əl-Bənna haqqında məlumat verənlərə 5 milyon dollar mükafat elan edib.
KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Yəməndəki səfirliyinin tviter hesabında məlumat yerləşdirilib.
Açıqlamada İsam əl-Bənnanın qərargahı Yəməndə yerləşən “Əl-Qaidə” terror təşkilatının liderlərindən biri olduğu qeyd edilib.
Qeyd edək ki, “Əl-Qaidə” Yəməndə vaxtaşırı terror aktları təşkil edir. ABŞ bu ölkədə terrorçuların yerləşdiyi nöqtələrə silahlı pilotsuz uçuş aparatları (PUA) ilə əməliyyatlar həyata keçirir.
İqbal Rzayev,
KONKRET.az