Bu şəxslər çiyələk yeməməlidir – SƏBƏBbackend

Bu şəxslər çiyələk yeməməlidir - SƏBƏB

Yaz fəsli gəldikdə təbii ki, çiyələk bu mövsümün ən sevilən meyvələrindən biridir. Ətri və parlaq qırmızı rəngi ilə insanı özünə çəkən bu giləmeyvə, həmçinin sağlamlıq üçün də bir çox faydalı təsirə malikdir. Tərkibində bol miqdarda vitaminlər, xüsusən də fosfor və dəmir olması səbəbindən çiyələk orqanizm üçün mühüm qida mənbəyidir. Lakin, hər bir faydalı məhsul kimi çiyələyin də bəzi zərərləri mövcuddur ki, bunları nəzərə almaq vacibdir.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, qastrit və xora xəstəliyindən əziyyət çəkən şəxslər çiyələyi həddindən artıq yedikdə mədə problemləri, şişkinlik və yanma hissi ilə qarşılaşa bilərlər. Həmçinin, uşaqların immun sisteminin hələ inkişaf etməməsi səbəbindən çiyələk allergiya riskini artırır. Buna görə valideynlərin diqqətli olması vacibdir. Hamilə və süd verən analar üçün də çiyələyin istehlakı tövsiyə edilmir, xüsusilə də hazırda bazarda satılan çiyələklərin əksəriyyəti kimyəvi dərmanlarla yetişdirildiyindən bu, ana və körpə üçün sağlamlıq riskləri yarada bilər. Çiyələklərin tərkibində olan hormonlar mədə xəstəlikləri və digər sağlamlıq problemlərinə səbəb ola bilər.

Qeyd edək ki, bu səbəbdən çiyələkdən istifadə edərkən onun faydalarını nəzərə alaraq istifadənin miqdarına və şəraitə uyğun şəkildə diqqətli olmaq çox önəmlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*