“Bu şəxslər Rusiyaya gəlmədən 72 saat öncə icazə almalıdır” – Zaxarovabackend

"Bu şəxslər Rusiyaya gəlmədən 72 saat öncə icazə almalıdır" - Zaxarova

“Rusiyaya giriş qaydalarında edilən dəyişiklik Aİ ölkələri ilə viza rejiminin tətbiqi demək deyil”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“İyunun 30-da Belarusiya istisna olmaqla, Avrasiya İqtisadi İttifaqı (EAEU) ölkələrinin vətəndaşları da daxil Rusiyaya giriş qaydaları dəyişəcək. Bu barədə Rusiyanı əvvəlcədən xəbərdar etmək və 72 saat öncədən icazə almaq lazımdır. Rusiyada həyata keçirilən bütün miqrasiya tədbirləri təhlükəsizliyin, ictimai asayişin təmin edilməsinə və müvafiq prosedurların sadələşdirilməsinin təkmilləşdirilməsinə yönəlib”, – Zaxarova vurğulayıb.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*