Bu şəxslərə də müavinət veriləcək – RƏSMİbackend

Bu şəxslərə də müavinət veriləcək - RƏSMİ

“Sosial yardımın əhatə dairəsi genişləndiriləcək”.

KONKRET.azxəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov brifinqdə çıxışı zamanı deyib.

“Muzdla işləməyən şəxslər də sosial yardım proqramına müraciət edə biləcəklər. Bundan sonra ünvanlı sosial yardım üçün müraciət zamanı ailəni təmsil edən şəxslərdən ailə üzvlərinə dair bir sıra məlumatların qeyd edilməsi tələb olunmayacaq”, – H.Məmişov qeyd edib.

Sədr, həmçinin, ailənin maddi-məişət şəraiti yoxlanarkən bir sıra məlumatların “Ərizə-bəyannamə”də düzgün qeyd olunmadığı müəyyən edildikdə həmin məlumatlara düzəliş edilməsi və müraciətə yenidən baxılması imkanının yaradıldığını da vurğulayıb.

Himalay Məmişov bildirib ki, hazırda 270 minə yaxın şəxs ünvanlı sosial yardım paketi ilə əhatə olunub.

  • Kenan
    İyun 4, 2024 - 14:14

    Salam men nece soyal yardim alla bilrem elzade kenan asif oxlu 44 gunluk muharbe istrcsyam atam asma xesdesdi 2 qurup elildi ozmde 80 manat alliram men kime neye murcyet edim ki menen elqe saxlamnizi xayis edrem 0507776972

  • Kenan
    İyun 4, 2024 - 14:18

    Elzade kenan asif oxlu 44 gunluk muhrbe vetrani atam elyev asif isa oxlu asma xesdesdi 2 qurup 220 manan pensya allir anam elyev seyide evdar xanimdi bizim basqa yerden gelrmiz yoxdu xayis edrem ki bu ise baxlsin hasandlasib nomrem 0507776972

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*