Bu şəxslərə ŞAD XƏBƏR – 50 manat dəyərindəbackend

Bu şəxslərə ŞAD XƏBƏR - 50 manat dəyərində

“Çıxarışı olmayan mənzillər sığorta predmeti ola bilməz. Yalnız həmin mənzillərə sığorta tətbiq olunacaq ki, o, qeydiyyata alınıb və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında reyestrdən çıxarışı var”.

KONKRET.az xəbər verir ki, bunu daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə Azərbaycanda daşınmaz əmlakın sığortalanması üçün qurulan yeni elektron sistemdən danışarkən deyib.

ramil menzil.jpg (64 KB)

“Rayonlarda çox zaman təbii fəlakətlərin şahidi oluruq, paytaxtda vətəndaşlar şikayətlənir ki, qonşunun evindən su sızmasından mənzilin təmirinə ziyan dəyib və yaxud qaz partlayışı olur ki, qonşu mənzillərə də ziyan dəyir. Bunun üçün ən yaxşı mexanizm məhz sığortadır. İcbari sığorta vətəndaşlara dəymiş 25 min manata qədər ziyanı ödəməyə imkan verir. Sadəcə burada bir sıra boşluqlar var. Bu gün mənzillərin hətta təmir qiyməti çox artıb. Təmir qiyməti 450-500 manatdan başlayaraq 1000-1500 manata qədər davam edir. Bəzən 100 kvadratlıq mənzilə vətəndaş ən azı 45-50 min manat xərc çəkməli olur. Bəzən dəyən ziyan çəkilən xərcə bərabər olur. Bu zaman 50 manata olan icbari sığorta vətəndaşlara 25 min manata qədər dəymiş ziyanı ödəyir. Ondan sonrakını isə vətəndaş könüllü sığorta etdirməlidir”, – ekspert bildirib.

Ramil Qasımzadənin sözlərinə görə, sığortanın əhəmiyyəti ondan ibarətdir ki, vətəndaşlar nəsə baş verdikdə dövlətdən kömək ummayaraq bu tələbi birbaşa sığorta şirkətlərindən edə bilərlər:

“Sığortanın faydası böyükdür. Vətəndaşlar bilməlidir ki, bunu etdirməklə ən azı arxayın yaşaya bilərlər ki, hər hansı bir ziyan dəydikdə kompensasiya olunacaq. Sadəcə sığorta şirkətlərinin üzərinə böyük yük düşür – onlar özlərinə qarşı inam formalaşdırmalıdırlar.

Məsələn, bəzən avtomobillərlə bağlı elə sığorta hadisələri görürük ki, vətəndaş əmlakını sığortalatsa belə, ona dəyən ziyan ödənilmir”.

Ekspert qeyd edib ki, 50 manatlıq icbari sığorta vətəndaşların imkanı daxilindədir:

“Hər evə görə qiymətləndirmə məbləği ayrı olsa, daha yaxşı olar. Yəni vətəndaş arxayın olsun ki, onun əmlakının tam dəyəri sığortalanıb”./Musavat

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*