Fransada aviadispetçerlərin tətili səbəbindən yüzlərlə aviareys ləğv edilib.
KONKRET.az milli.az-a istinadən xəbər verir ki, tətil iş şəraitinin yaxşılaşdırılmasını tələb edən aviadispetçlərin narazılığı fonunda baş verib və yay turizm mövsümünün ən qızğın dövründə Avropada nəqliyyat sistemində ciddi problemlərə yol açıb.
Fransa Mülki Aviasiya Baş İdarəsi hava yolları şirkətlərinə Şarl de Qoll, Orli və Bove hava limanlarında reyslərin 40 faizinin, Nissa hava limanında 50 faizinin, Marsel, Lion və digər şəhərlərdə isə 30 faizinin ləğv edilməsini tövsiyə edib.
Bu qərar artıq gərgin olan aviasiya sahəsində vəziyyəti daha da ağırlaşdırıb və minlərlə sərnişinin planlarına təsir göstərib.