Paytaxtda tıxac problemi hər gün minlərlə sürücünün əsas narazılıq mövzusuna çevrilib. Bəs, Azərbaycanda ödənişli yolların tətbiqi tıxac problemini azalda bilərmi?
Bu barədə nəqliyyat eksperti Eldəniz Cəfərov KONKRET.az-a açıqlama verib. Onun sözlərinə görə, Azərbaycanda ödənişli yolların tətbiqi tıxac probleminin aradan qaldırılmasına kömək edə bilər.
“Ödənişli zonalar yaradıldıqdan sonra şəhərin mərkəzi ərazilərində nəqliyyat vasitələrinin sayı azalacaq.
Qiymətlər elə müəyyən olunmalıdır ki, vətəndaşlar üçün əlçatan qalsın. Burada həmin ərazidən daima istifadə edən insanlar üçün aylıq və ya illik paketlər təklif edilə bilər ki, onlar üçün daha səmərəli olsun”, – deyə o, vurğulayıb.
Cəfərovun sözlərinə görə, belə bir yanaşma həm sürücülərin xərclərinə uyğun olacaq, həm də tıxac probleminin azaldılmasına xidmət edəcək.
Aynurə İsmayıl
KONKRET.az