“Minlərlə insanın ölümü, mülki əhalinin kütləvi deportasiyası və bunun nəticəsində yaranan humanitar fəlakət son dərəcə narahatedicidir”.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin bildirib.
Qəzzada çox sayda uşağın həyatını itirdiyini bildirən Putin, “Bu, qorxunc bir şeydir”, – deyə vəziyyəti ifadə edib.
Putin regionda baş verənlərə görə ABŞ-ni günahlandırıb və deyib:
“Bütün bu hadisələr əslində ABŞ-nin Fələstin-İsrail münaqişəsində vasitəçilik mövqeyini monopoliyaya almaq və Yaxın Şərqdəki fəaliyyətə mane olmaq istəyinin birbaşa nəticəsidir”, – deyə Putin vurğulayıb.