“Bu, sülhə doğru görünən addımdır” – Almaniyabackend

"Bu, sülhə doğru görünən addımdır" - Almaniya

“Almaniya davamlı və ədalətli sülhə nail olmaq yolunda Azərbaycan və Ermənistanı dəstəkləyir”.

KONKRET.az xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann X sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Azərbaycan və Ermənistan sərhədində ilk sərhəd nişanı quraşdırılıb. Bu, sülhə doğru daha bir görünən addımdır. Biz davamlı və ədalətli sülhə nail olmaq yolunda tərəfləri dəstəkləyirik”, – deyə paylaşımda bildirilib.

Qeyd edək ki, 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*