Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Nurlan Ermekbayev “İzvestiya”ya müsahibəsində bildirib ki, təşkilat tərəfdaş ölkələrlə müxtəlif formatlarda dialoq və əməkdaşlığa açıqdır və konsensus olduğu halda yeni dövlətlərin üzvlüyünü nəzərdən keçirməyə hazırdır.
KONKRET.az xəbər verir ki, təşkilatın açıqlamasında deyilir:
“Biz “bloklama” kimi terminlərdən istifadə etmirik. Hər bir qərar müzakirə, baxılma və konsensusun əldə edilməsi nəticəsində qəbul olunur. Bir çox məsələlərin razılaşdırılması və həlli üçün müəyyən vaxt tələb olunur. Bununla yanaşı, təşkilatın qapıları prinsiplərinə və maraqlarına zidd fəaliyyət göstərməyən bütün ölkələr üçün açıqdır”, – deyə Ermekbayev vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Hindistan Azərbaycanın, Pakistan isə Ermənistanın ŞƏT-ə üzvlük müraciətini bloklamışdı.
Müşviq Tofiqoğlu
KONKRET.az