Bu türk dövlətində hind filmi çəkilirbackend

Bu türk dövlətində hind filmi çəkilir - FOTO

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Hindistanın böyük kinostudiyasından biri olan “Panorama Studios” yeni filminin çəkilişi Özbəkistanda baş tutub. Hindistanın romantik filmi olan “Xuda Hafiz”-in prodüseri Satiş Şarma respublikanın kinematoqrafik potensialından məmnun olduğunu və ölkə rəhbərliyinin kino turizm sənayesinin inkişafındakı faəliyyətini yüksək qiymətləndirib. O, yaxın gələcəkdə Özbəkistana xarici film şirkətlərinin axınının olacağını proqnozlaşdırıb.

Filmdə təkcə Hindistan deyil, xarici mütəxəssislər də işləyəcəklər. Özbəkistan ərazisində film zolağının istehsalı üçün Hindistandan 130, Avropa, Rusiya və ABŞ-dan daha 30 film istehsalçısı gəlib.

Hindistanlı rejissorlar təkcə Daşkənddə deyil, Xivədə də olacaqlar. Bu prosesə minə yaxın özbək aktyor və texniki işçi cəlb etmək planlaşdırılır. Filmin çəkilişləri və istehsalı Hindistanda başa çatacaq.

Filmin prodüseri Satiş Şarma Özbəkistanda çəkiləcəyi yerləri çox bəyənib. O, respublikada bir neçə böyük layihə həyata keçirmək niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, ölkə rəhbərliyi kino turizmi sahəsini inkişaf etdirmək üçün çox səy göstərir və “tezliklə bütün dünya film çəkilişi üçün bənzərsiz yerlər haqqında biləcək”.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Şarma çəkiliş qrupunun Özbəkistan haqqında daha çox məlumat əldə etməkdən məmnun olduğunu və yerli ixtisaslaşmış təşkilatların fəal köməyini təqdir etdiyini bildirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*