Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) “Azərişıq” ASC-ni məhkəməyə verib.
KONKRET.az bildirir ki, bu barədəməhkəmə orqanlarından məlumat verilib.
ADPU-dan “report”un sorğusuna cavab olaraq məlumat təsdiqlənib. Qeyd edilib ki, iddianın qaldırılmasına səbəb elektrik enerjisinin sərfiyyatına görə ödənilən məbləğin səhv hesablanmasıdır.
İddiaya Bakı Kommersiya Məhkəməsində hakim Zaur Pirverdiyevin sədrliyi ilə baxılacaq.