“Bu, uzun illərdir ki, Azərbaycan xalqının arzuladığı döyüşdür” – AÇIQLAMAbackend

"Bu, uzun illərdir ki, Azərbaycan xalqının arzuladığı döyüşdür" - AÇIQLAMA

“Xalqımız uzun illərdir Dağlıq Qarabağ probleminin birdəfəlik həll edilməsini arzulayırdı”

KONKRET.az xəbər verir ki, bunu ADP sədri Sərdar Cəlaloğlu bildirib.

Sərdar Cəlaloğlu bildirib ki, “Nəhayət ki, şərtlər bizim xeyirimizə formalaşdı. Torpaqlarımızı azad etməyə başlamışıq. Xalqımızı bu münasibətlə təbrik edirəm. Bu müharibədə itkilərimiz var. Şəhidlərimizə Allah rəhmət etsin. Ailələrinə səbir diləyirəm. Yaralılarımıza Allahdan şəfa arzulayıram. Hər il Azərbaycanda avtomobil qəzasında 3000-5000 insan dünyasını dəyişir. Biz Dağlıq Qarabağın azad edilməsində bu qədər itki verməyəcəyik. Bu itkilərdən danışıb döyüş əhval rühiyyəsini zəiflətmək olmaz. Beynəlxalq təşkilatlar və bəzi dövlətlər yenidən danışıqlardan, Qarabağın statuslarından danışmağa başlayıb. Dağlıq Qarabağ tamamilə azad edilməyənə, Xankəndində üçrəngli bayrağımız dalğalanmayana qədər dayanmaq olmaz”.

Sərdar Cəlaloğlu vurğulayıb ki, beynəlxalq təşkilatların çağırışlarına önəm verməməliyik: “Çünki Azərbaycan öz torpaqlarından terrorçuları təmizləmə əməliyyatı aparır. ABŞ Suriyada belə bir əməliyyat aparır. Bizim də öz torpaqlarımızda belə bir əməliyyat keçirməyimizi heç kim qınaya bilməz. Biz bu əməliyyatlarda heç kimin torpaqlarını işğal etmirik. Sadəcə quldur və terrorçu dəstələrini torpaqlarımızdan təmizləyirik. Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etmək istəyirlərsə, bu barədə təcili istəklərini bildirməlidir. Azərbaycan tərəfinə keçməlidirlər.

Kimlərsə Azərbaycan vətəndaşlığını qəbul etmirlərsə, torpaqlarımızı dərhal tərk etməlidir. Dağlıq Qarabağa heç bir status vermək olmaz. Bizim bir acı təcrübəmiz var ki, ermənilər onlara edilən güzəştlərdən su-istifadə edirlər”.

Sərdar Cəlaloğlu ermənilərin onlara edilən güzəştdən xəyanət məqsədi ilə istifadə etdiyini də qeyd edib: “Biz Dağlıq Qarabağ ermənilərinə öz kimliklərini qorumaq şərti ilə onlara muxtariyyət verdik. Nəticədə onlar bizə problemlər yaradaraq separatçı addımlara əl atdılar. Azərbayacan qanunvericiliyi də buna imkan vermir. Dağlıq Qarabağ erməniləri Azərbaycan vətəndaşları kimi bərabər hüquqa malik ola bilər. Təbii ki, cinayətkar ermənilər ağır cəzalandırılmalıdır. Ermənistan 30 il ərzində Azərbaycanın iqtisadiyyatına vurduğu ziyana görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidir, kompensasiya ödəməlidir. Xocalı soyqırımına və şəhidlərimizə görə Ermənistan dövləti cavab verməlidir. Azərbaycan xalqı Ali Baş Komandanın və ordumuzun yanındadır. Biz qısa müddət ərzində Dağlıq Qarabağın azad edilməsini arzu edirik. İnanıram ki, bu arzumuza tezliklə çatacağıq”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*