Bu vilayətdə axşam saatlarında su anbarlarına getmək qadağan edildibackend

Bu vilayətdə axşam saatlarında su anbarlarına getmək qadağan edildi

Tümen vilayətinin sakinlərinə saat 20:00-dan sonra təbii su anbarlarına yaxın olmaq qadağan edilib, məhdudiyyət mövcud fövqəladə vəziyyət rejimi çərçivəsində tətbiq edilib.

KONKRET.az xəbər verir ki, bu barədə region hökumətinin informasiya mərkəzinin Telegram-kanalında deyilir.

“Tümen vilayətində saat 20:00-dan sonra təbii su anbarlarına giriş qadağan edilib. “Fövqəladə vəziyyətin tətbiqi haqqında” qərara dəyişiklikləri Tümen vilayətinin qubernatoru Aleksandr Mur edib ”, – deyə məlumatda bildirilir.

Bununla yanaşı, telekanalın məlumatına görə, nəqliyyat və təbii yanğınların qarşısının alınması və söndürülməsi ilə məşğul olan şəxslər və meşələrin bərpası və meşə salınması ilə məşğul olan şəxslər üçün istisna edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*