Bu xanımlara Baş Prokurorluqda yüksək vəzifə verildibackend

Bu xanımlara Baş Prokurorluqda yüksək vəzifə verildi

Baş Prokurorluğun Mətbuat xidmətinə yeni prokuror təyin olunub.

KONKRET.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Baş Prokuror Kamran Əliyev müvafiq əmrinə əsasən Suad Qəhrəmanova Mətbuat xidmətinin prokuroru vəzifəsinə təyin olunub.

Suad Qəhrəmanova 2021-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub, bu təyinata qədər Bakı şəhəri Xətai rayon prokurorunun köməkçisi vəzifəsində işləyib.

Digər müfaviq əmrlə Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Pərvin Bağırova Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru vəzifəsinə təyin edilib.

Qeyd olunub ki, prokurorluq orqanlarında gender bərabərliyi nəzərə alınmaqla prokurorluğun gənc, yüksək nəzəri bilik və peşə hazırlığına malik kadrlarla komplektləşdirilməsi istiqamətində görülən tədbirlər bundan sonra da davam etdiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*