Bu xəstəlik cinsi əlaqə zamanı daha da artır – DİAQNOZbackend

Bu xəstəlik cinsi əlaqə zamanı daha da artır - DİAQNOZ

Kanadalı alimlər ciddi infeksiyalara və hətta ölümə səbəb ola biləcək göbələk növünün cinsi əlaqədə çoxaldığını aşkar ediblər.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər sözügedən göbələyin 2009-cu ildən bəri 50-dən çox ölkəyə yayıldığını vurğulayıblar.

Kanadanın MakMaster Universitetində çalışan elm adamları “Candida auris” adlı göbələyin cinsinə görə çoxaldığını və bunun da göbələk əleyhinə dərmanların hazırlanmasını çətinləşdirdiyini bildiriblər.

Mövzu ilə bağlı araşdırmalarını “Journal of Computational and Structural Biotechnology” jurnalında dərc ediblər.

Mütəxəssislər göbələyin 1300 müxtəlif növünü araşdıraraq çoxalma proseslərini izləyiblər.

“Candida auris” kimi mikroorqanizmlər, ümumiyyətlə, bölünür və çoxalır. İlk çoxalmada iki, sonrakı çoxalmada dörd və 16-ya kimi artır.

Bütün bu növlər genetik olaraq bir-biri ilə eynidir. Ancaq alimlərin fikrincə, çoxalma prosesi göbələk əleyhinə dərmanların hazırlanmasını çətinləşdirir.

Qeyd edilib ki, ilk dəfə 2009-cu ildə aşkar edilən göbələk o vaxtdan bəri 50-dən çox ölkəyə yayılıb. Minlərlə insan göbələklərin törətdiyi infeksiyalar səbəbindən ölür.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*