Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqbackend

Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Dekabrın 16-dan saat 10:00-dan 18 dekabr saat 22:00–dək Bakının Binəqədi rayonu “Baksol” yolunda avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, buna səbəb aparılan təmir işləridir.

Agentlik sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*