“Bu zaman hər iki tərəf udur” – İqtisadçı 4 günlük iş həftəsinin perspektivindən danışdıbackend

"Bu zaman hər iki tərəf udur" - İqtisadçı 4 günlük iş həftəsinin perspektivindən danışdı

İş günlərinin sayının azaldılması haqqında Dünən Panasonic şirkətindən gələn xəbər, ötən ay BƏƏ-dən gələn xəbər kimi nə insanlar arasında, nə də mətbuatda layıq olduğu qədər rezonans yaratmadı.

KONKRET.az xəbər verir ki, iqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, bu dünya üçün ciddi hadisə idi.

“Birləşmiş Ərəb Əmirliyi dünyada ilkə imza atdı. Bu il 1 yanvardan iş həftəsi, 4 gün yarım oldu. Daha dəqiq 5-cü gün saat 12:00 iş bitir. Panasonic şirkəti isə daha da irəli gedərək 4 günlük iş həftəsinə keçdi. Belə hadisələr 100 ildə bir baş verir. 5 günlük (40 saatlıq) iş həftəsinə Henri Ford 1922-ci ildə keçmişdi. 100 ildir ki, hələ də 4 günlük iş həftəsi tətbiq edilmirdi. Və deməli biz əsrdə bir olan bir ciddi dəyişkənliyin astanasındayıq. Deməli, 1922-ci ildə Ford 5 günlüyə keçmişdir, 2022-də (100 il sonra) isə Panasonic 4 günlük iş gününə keçir. Amma etiraf edək ki, nə Panasonic, nə də Ford insanları sevdiyi üçün bunu etmirlər”- deyə Eldəniz Əmirov əlavə edib.

İqtisadçı bildirib ki, bunun ayrı səbəbləri vardır.

“Ford 1926-cı ildə “World’s Work” jurnalına verdiyi müsahibədə Ford işçilərin əmək haqqını saxlayaraq 48 saatlıq iş həftəsini 40 saatlıq iş həftəsi ilə əvəz etdiyini izah edərkən deyirdi ki, bu qərarı işçilərin həyatını asanlaşdırmaq istədiyi üçün deyil, tələbi artırmaq istədiyi üçün verib. Yəni evdə qalan, boş olan insan daha çox pul xərcləyir. Panasonicin 4 günlük iş həftəsinə keçməsini isə şirkətin baş icracı direktoru iş və həyat tərzi arasında mükəmməl tarazlığı yaratmaq istəyilə izah edib. Onlar bunu çox dəqiq hesablayıblar. Bilirlər ki, bir insan 5 gündə gördüyü işi 3 gün istirahət edəcəyini bildiyi halda 4 gündə daha yaxşı yerinə yetirər. Bu zaman hər iki tərəf udur: – işçi əlavə bir istirahət günü udur, şirkət isə statik xərclərini azaltmış olur. Hələ Fordun yanaşması da özünü doğruldur, iqtisadiyyat da udur. Dərd bizim şirkətlərin dərdidir. 5 günlük işləməli olan işçini 7 gün işlədirlər. Hələ “maaş alırsan, işləməlisən” – deyə minnət də qoyurlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*