Buddistlər Dəməşqdə 1300 illik Əməvi məscidində ayin keçirdi – VİDEObackend

Buddistlər Dəməşqdə 1300 illik Əməvi məscidində ayin keçirdi - VİDEO

Suriyanın paytaxtı Dəməşqdə 1300 illik Əməvi məscidində müsəlmanları ayağa qaldıran qalmaqallı görüntülər çəkilib. Özünü “Dada Athman” adlandıran və ölkədə buddizmi yaymağa çalışan şəxsin mehrabda çəkilən görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

KONKRET.az Haberler.com-a istinadən xəbər verir ki, görüntüdə narıncı paltar geyən şəxsin mehrabda yoqa, eyni paltar geyinən qadın isə məscidin ortasında rəqs etdiyi əks olunub.

İslam tarixi üçün böyük əhəmiyyət kəsb edən məsciddə çəkilən bu görüntülər müsəlmanların böyük reaksiyasına səbəb olub.

Digər tərəfdən, özünü “Dada Athman” adlandıran həmin şəxsin Suriyada yeni bir təriqət yaratdığı iddia edilir. Suriyanın Suveyda şəhərində yaşayan həmin şəxs bir müddət Hindistanda yaşayıb və ölkəsinə qayıtdıqdan sonra buddizm təriqətini təbliğ etməyə başlayıb.

Məsciddəki görüntülərə verilən reaksiyalardan sonra Athman fotoları sosial mediadan silib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*