“Bununla bağlı çox ciddi siqnallar var idi” – Əhməd Obalının döyülməsi ilə bağlı İLGİNC AÇIQLAMAbackend

"Bununla bağlı çox ciddi siqnallar var idi" - Əhməd Obalının döyülməsi ilə bağlı İLGİNC AÇIQLAMA

Güney Azərbaycan Televiziyasının (Günaz.tv) rəhbəri, Amerikada mühacir həyatı yaşayan Əhməd Obalı və oğlunun hücuma məruz qalması ciddi rezonans doğurub və geniş müzakirələrə yol açıb. Bu hadisə ilə bağlı bir sıra proqnozlar səsləndirilsə də, Obalının məhz İran rejiminin sifarişi ilə hücuma məruz qalması iddiası irəli sürülür. Əhməd Obalının Azərbaycandan Amerikaya qayıtdıqdan bir gün sonra hücuma məruz qalması isə bəzi suallar doğurur. 

Mövzunu KONKRET.az-a şərh edən politoloq Tural İsmayılov bildirib ki, “Günaz TV”nin rəhbəri Əhməd Obalı uzun illərdir Tehran rejimi tərəfindən Güney azərbaycanlılarına qarşı həyata keçirilən hücumların qarşısında bir sipər rolunu oynayıb: “Eyni zamanda Əhməd Obalı vətən sevgisi olan, dünyanın hər yerində yaşayan azərbaycalı soydaşlarının qayğısına qalan və bu prosesdə mühüm rol oynayan simalardan biridir. Obalının Güney Azərbaycanın önəmli simalarından biri olması və haqq işinin müdafiəsində daim ön sıralarda yer alması Tehran rejimini ciddi narahat edib. Bu səbəbdən də İran hökuməti daim Əhməd Obalı haqda provakasiyalar hazırlamaqla məşğul olub. Bununla bağlı çox ciddi siqnallar var idi”.

Tural İsmayılov: “Qərbin apardığı danışıqlar daha işləkdir”

Politoloqun sözlərinə görə, əgər hadisənin Tehran rejimi tərəfindən ABŞ-da təşkil edilməsi təsdiq olunarsa, bu, Birləşmiş Ştatların özü üçün də çox ciddi siqnal xarakteri daşıyacaq: “Çünki ABŞ kimi bir ölkədə İran agenturasının azərbaycanlı fəala qarşı belə bir hərəkət etməsi Birləşmiş Ştatların hüquq mühafizə sisteminin zəifliyini ortaya çıxarır. Eyni zamanda ABŞ-da şah tərəfdarları da daim Güney Azərbaycan mövzusunda Əhməd Obalı ilə mübarizə aparırlar. Onların da bu təxribatları törətmək ehtimalı var. Hər halda Amerika tərəfindən rəsmi açıqlama verilməlidir. Amma hadisəni kimin törətməsindən asılı olmayaraq ABŞ hökuməti Əhməd Obalının təhlükəsizliyinə daha ciddi yanaşmalıdır”.

Müşviq Tofiqoğlu,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*