Bununla kökəlmənin qarşısını ala bilərsiz – Psixoloqdan maraqlı TÖVSİYƏbackend

Bununla kökəlmənin qarşısını ala bilərsiz - Psixoloqdan maraqlı TÖVSİYƏ

“Boşqabınızdakı bütün yeməkləri bitirmək vərdişi ciddi problemlərə səbəb olacaq”.

KONKRET.az xəbər verir ki, belə bir maraqlı tövsiyə ilə psixoloq Denis Dolqov çıxış edib.

Onun sözlərinə görə, aclıq hisslərinin mərkəzində dayanan insan beyninin ağıllı bir xüsusiyyəti var. İnsan lazımi miqdarda yemək yeyir, toxluq hissi yaranır və buna baxmayaraq, qurulmuş vərdiş səbəbindən yeməyi bitirir. Nəticədə, aclıq refleks mərkəzi əvvəlkindən daha böyük güclə həyəcanlanır və insan əlavə porsiyalar istehlak edir ki, bu da həddindən artıq yeməyə səbəb ola bilər.

Psixoloq məsləhət bilir ki, toxluq hiss yaranan kimi boşqabda nə qədər yemək qalmasından asılı olmayaraq yeməyi dayandırmalısınız. Dolqov qalan yeməyi atmamağı, ya sonraya saxlamağı, ya da heyvanlara verməyi məsləhət görüb.

Burhan,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*