Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 16-da keçirilən buraxılış imtahanlarında iştirakı nəzərdə tutulan 48049 nəfərdən 329 nəfər imtahana gəlməyib.
KONKRET.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Həmçinin qeyd olunb ki, tələb olunan imtahan qaydalarını pozduğu üçün 5 nəfərin nəticəsi ləğv olunub.
İmtahan iştirakçıları arasında 1 nəfər – Akademik Zərifə Əliyeva adına liseyin şagirdi maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.