Buraxılış imtahanında az bal toplayanlar qəbul imtahanında iştirak edə bilər? – DİM-dən AÇIQLAMAbackend

Buraxılış imtahanında az bal toplayanlar qəbul imtahanında iştirak edə bilər? - DİM-dən AÇIQLAMA

Buraxılış imtahanında az bal toplayanlar da qəbul imtahanında iştirak edə bilərlər. Burada hansısa hüquqi tələb yoxdur”.

KONKRET.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, buraxılış imtahanında iştirak edənlərin 67 min 131-i ali məktəblərə də sənəd verib: “Onların nəticələrini təhlil edəndə görürük ki, 200 baldan yuxarı nəticə göstərən 10 mindən çox şagird var. Amma qruplarda bu rəqəmlər fərqlidir”.

Qeyd edək ki, bu il mart ayının 5-6-sı və 12-13-ündə paytaxt və bölgələlərdə XI sinif şagirdləri üçün buraxılış imtahanları keçirilib. Buraxılış imtahanlarında maksimum bal 300-dür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*