Buraxılış imtahanında bir nəfər maksimum bal TOPLADIbackend

Buraxılış imtahanında bir nəfər maksimum bal TOPLADI

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 29-30 aprel 2021-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən KONKRET.az-a verilən məlumata görə, imtahan iştirakçıları arasında bir nəfər – Şəmkir rayonu, Düyərli kənd 2 saylı orta məktəbinin məzunu maksimal olan 300 balı toplayıb.

Həmin şagird iki il əvvəl 9-cu sinif səviyyəsi üzrə buraxılış imtahanında da yüksək nəticə göstərərək 256.2 bal toplayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*