Burkina-Fasoda Fransa əleyhinə NÜMAYİŞ KEÇİRİLDİbackend

Burkina-Fasoda Fransa əleyhinə NÜMAYİŞ KEÇİRİLDİ

Burkina-Fasoda Fransa qoşunlarının ölkədən çıxarılması tələbi ilə nümayiş keçirilib.

KONKRET.az xəbər verir ki, bu barədə “Burkina 24” portalı məlumat yayıb.

Bildirilib ki, yüzlərlə insan ölkənin indiki hökumətinə dəstək olaraq paytaxt Uaqaduqunun küçələrinə çıxıb. Onlar ölkədə yerləşən Fransa qoşunlarının dərhal çıxarılmasını tələb ediblər.

Etirazçılar həmçinin səfir Lük Alladinin ölkəni tərk etməsini tələb ediblər.

Nümayişçilər bildirib ki, Burkina-Faso öz iqtisadi, siyasi və mədəni müstəqilliyini bərpa etməkdə qərarlıdır.

Məlumata görə, bəzi etirazçıların Rusiya bayraqları qaldırması diqqət çəkib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*