Türkiyənin Bursa vilayətinin Gemlik rayonunda 4,3 bal gücündə zəlzələ olub.
KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Yerin 12,91 kilometr dərinliyində baş verən zəlzələ İstanbulda da hiss edilib.
Dağıntı və tələfat qeydə alınmayıb.