Bütün İstanbul TƏŞVİŞDƏ – Telefonlar işləmir, insanlar küçələrə axışdıbackend

Bütün İstanbul TƏŞVİŞDƏ - Telefonlar işləmir, insanlar küçələrə axışdı

Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində ard-arda bir neçə zəlzələ baş verib. 

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, zəlzələ nəticəsində şəhərin bir çox bölgəsində mobil rabitə şəbəkələrində problemlər yaranıb – vətəndaşlar telefonların işləmədiyini bildirir.

Qısa müddət ərzində insanlar təşviş içində küçələrə axışıblar.

Hələlik hər hansı ciddi dağıntı və ya xəsarət barədə rəsmi məlumat verilməyib, lakin aidiyyəti qurumlar ərazidə yoxlamalara başlayıb.

Hadisə ilə bağlı əlavə məlumat verildikcə xəbər yenilənəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*