“Bütün Ukrayna Rusiyaya birləşdirilsin” – Jirinovskibackend

"Bütün Ukrayna Rusiyaya birləşdirilsin" - Jirinovski

“Bütün Ukrayna Rusiyaya birləşdirilsin”.

KONKRET.az Rusiya mediasına istinadla xəbər verir ki, bunu LDPR rəhbəri Vladimir Jirinovski deyib. O bildirib ki, “LXR” və “DXR”-in tanınması heç nəyi dəyişməyəcək və Ukraynada rusların qorunmasına kömək etməyəcək, sadəcə olaraq yeni sanksiyalara səbəb olacaq.

Kommunist Obuxov RİA Novosti-yə bildirib ki, Rusiya Federasiyası Kommunist Partiyası fevralda “LXR” və “DXR”-in tanınması ilə bağlı prezidentə müraciət layihəsinə baxmağı Dövlət Duması Şurasına təklif edəcək.

Jirinovski isə bütün Ukraynanı Rusiyaya birləşdirməyi təklif edib. O əlavə edib ki, onun partiyasının bütün üzvləri bu fikri dəstəkləyirlər.

“Liberal Demokrat Partiyasının mövqeyi ondan ibarətdir ki, bütün Ukrayna yenidən Rusiyanın tərkibinə daxil olmalıdır”, – Jirinovski bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*