Buxarestdəki hər oyuna 13 min azarkeş buraxılacaq – AVRO-2020backend

Buxarestdəki hər oyuna 13 min azarkeş buraxılacaq - AVRO-2020

AVRO-2020-nin Rumıniyanın paytaxtı Buxarestdəki oyunları azarkeşlərlə keçiriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin idman naziri Eduardo Novaka “Digi24” nəşrinə açıqlamasında deyib.

Onun sözlərinə görə, hər matçda stadiona 13 000 tamaşaçı buraxılacaq ki, bu da görüşlərin oynanılacağı Milli arenanın ümumi tutumunun 25 faizinin dolması deməkdir. Həmçinin fanatların hər biri koronavirusa yoluxmadığını təsdiq etməli və vaksinasiya olunmalıdır.

Bundan başqa, azarkeşlərdən oyunların startı ərəfəsində analiz götürülməsi variantı da mümkündür.

Buxarest C qrupunun Avstriya – Şimali Makedoniya, Ukrayna – Şimali Makedoniya və Ukrayna – Avstriya matçları ilə yanaşı, 1/8 final mərhələsinin bir görüşünü qəbul edəcək.

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*